Doktorantura təhsİl proqramının məqsədİ

Qərbi Kaspi Universitetinin məqsədi yüksək təhsil və ən yüksək beynəlxalq səviyyəli elmi tədqiqatlar təqdim etməklə cəmiyyətə müsbət töhfələr verməkdir:

  • Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması
  • Tələbələrimiz üçün ən yüksək keyfiyyətli tədris və təlim mühiti yaratmaq
  • Azərbaycanın ən aparıcı universiteti kimi mövqeyimizi gücləndirmək və beynəlxalq nüfuzumuzu artırmaq
  • Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirmək
  • Elmi tədqiqatlara həvəsləndirici və təkan verici qüvvə olmaq 
  • İqtisadi keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək olmaq.