Ramİz Aşurlİ

Qərbi Kaspi Universitetinın Dizayn kafedrasının müəllimi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasının dosenti

Akademik fəaliyyətinin istiqamətləri:

  • Tərsimi həndəsə və texniki rəsm
  • Qrafik təsvirin alınma qaydası. Nöqtə və düz xətt. Müstəvi.
  • Ortoqonal proyeksiyalar.
  • Aksonometrik proyeksiyalar.
  • Perspektiv proyeksiyalar.
  • Kölgələrin qurulması.
  • Həndəsi rəsmxatın elementləri.
  • Konstruktivləşdirmənin əsasları 
  • Layihələndirmənin əsasları. 
  • Layihələndirmə

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Aşurli Ramiz Süleyman oğlu, 18 oktyabr 1949-cu ildə  Bakı şəhərində anadan olub. 1966-cı ildə 150 №-li orta məktəbi bitirib. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutun neft-mexaniki fakultəsinə daxil olub və 1973-cü ildə diplom layihəsini müdafiə edərək, mühəndis-mexanik ixtisasını alıb. 1968-ci ildə Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat və Layihə İnstitutu (AzİNMAŞ) fontan avadanlığı şöbəsində işləyib və orada 1977-ci ilə qədər preparator, stendin mexaniki, baş texnik, mühəndis və baş mühəndis vəzifələrində işləyib. 1977-ci ildə “Biopribor” Xüsusi Konstruktor Bürosuna aparıcı konstruktor vəzifəsinə təyin edilib.1978-ci ildə Azərbaycan SSR EA-nın “Kaspi” XKB-na (sonrakı Kosmik Tədqiqatlar Elmi-İstehsal Birliyinin Kosmik Cihazqayırma XKB) konstruktor şöbəsində aparıcı mühəndis, aparıcı konstruktor vəzifələrində çalışıb. 1985-ci ildə həmin KT EİB-nin Təbii Resursların kosmik Tədqiqatlar İnstitutuna (TRKTİ) aparıcı mühəndis vəzifəsinə keçib və orada optik-elektron cihazlar laboratoriyasında çalışıb. 1989-cu ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin nəzdində “Fayda” kooperativinə mühəndis-konstruktor vəzifəsinə işə qəbul olub. Həmin ildə Uzaq Rabitə ETİ-nun Bakı filialına (sonrakı “Ulduz” Azərb. İstehsal Birliyinin “Tsifra” ETİ-tu) I-ci kateqoriyalı mühəndis-konstruktor vəzifəsinə keçib. 1990-1996-cı illərdə bir sıra müəssisələrdə (“Sinor” kooperativi, “Peyk” MKM-si, “Elbi” BK-sı, “Marağa” MEİM-si) müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ilin sentyabr ayında Moskva Açıq Sosial Universitetinin Dərbənd filialına qəbul olub. Orada dizayn fakultəsində dizaynın mühəndis təmini üzrə (tərsimi həndəsə, texniki rəsm, perspektiva, materialşünaslıq, konstruktivləşdirmənin əsasları) dərs deyib. 2002-ci ildən 2013-cü ilədək Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda (İİİB firmanın nəzdində) qrafik kompüter proqramları üzrə dərs keçmişdir. 2015-ci ildən Qərbi Kaspi Universitetində Dizayn kafedrasında müəllim vəzifəsində işləyir. 

Elmi nəşrlər: 

  • İki dönmə qolu ilə lövbər. M.ş. № 564209.
  • Sualtı başlatma və qaldırma əməliyyatları üçün aparat". M.ş. № 875902.
  • Aşur xanın nəsli. Azərbaycan Tarixi Şəcarə Cəmiyyətinin Xəbərləri. 3-cü buraxılış. B, “Adiloğlu”, 2001. Səh. 7-30.
  • Bəylər. Azərbaycan Tarixi Şəcarə Cəmiyyətinin Xəbərləri. 3-cü buraxılış. B., “Adiloğlu”, 2001. Səh. 150-153.
  • Bakı bəylərinin mülkləri. Azərbaycan Tarixi Şəcarə Cəmiyyətinin Xəbərləri. 4-cü buraxılış. B., “Adiloğlu”, 2003. Səh. 63-67. (A.T.Xanlarov həmmüəlifliklə).
  • Əfsanəvi qadın S. Aşurbəylinin anadan olmasına 100 illik dönümündə həsr olunur. Azərbaycan Tarixi Şəcarə Cəmiyyətinin Xəbərləri. 6-cı buraxılış. B., “Adiloğlu”, 2007. Səh. 153-164.
  • Böyük alimin həyatı.“Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli – 110 il” toplusu. B., “Elm və təhsil”, 2016. Səh. 55-60.