Rauf Həsənov

Tarix üzrə fəlsəfə doktoru

“Siyasi  Elmlər” kafedrasının dosenti

Akademik fəaliyyətinin istiqamətləri:

  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Dünya siyasəti və beynəlxalq münasibətlər
  • Beynəlxalq münasibətlərin müasir problemləri
  • Qlobal təhlükəsizlik problemləri
  • Soyuq müharibədən sonra Qafqazda geosiyasi proseslər
  • Müasir beynəlxalq münasibətlər
  • Müasir inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar
  • Beynəlxalq münasibətlər tarixi
  • Konfliktologiya

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Həsənov Rauf Şəmşəddin oğlu, 1984-cü il yanvar ayının 14-də Gəncə şəhərində anadan olub. 1990-cı ildə Gəncə şəhəri 7 saylı orta məktəbin birinci sinfinə daxil olub 2000-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Qafqazşünaslıq) ixtisasına daxil olub və 2004-cü ildə bakalavr təhsilini fərqlənmə diploma ilə başa vurub. 2004-2006-cı illərdə həmin fakültədə Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə magistr təhsili alıb və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə BDU-nun tarix fakültəsində “Türk və Qafqaz xalqları tarixi” kafedrasının əyani aspirant olub. 2009-cu ildə “XX əsrin sonu – XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm problemi” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə Fəlsəfə Doktoru elmi adını alıb. 2011-2012-ci illərdə Azərtunel Metro Tikinti ASC-də alman dilindən tərcüməçi vəzifəsində çalışıb. 2012-ci il mart-may aylarında Avroviziya İşçi qrupunda məkan üzrə menecer vəzifəsində çalışıb. 2012-2013-cü illərdə “Ultra Computers” şirkətində layihə meneceri vəzifəsində çalışıb. 2013-2014-cü illərdə Heydər Əliyev Fondunda aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2015-ci ilin sentyabrından Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq Münasibətlər” kafedrasının müəllimi kimi əmək fəaliyyətimi davam etdirir. 2016-cı ilin sentyabrından etibarən “Politologiya və Beynəlxalq Münasibətlər” kafedrasının dosent əvəzi və eyni zamanda da parallel olaraq Universitetin “İnnovasiya Mərkəzinin” müdiri vəzifəsində çalışır.

Elmi nəşrlər: 

  • Cənubi Qafqazda separatizm problemi (1988-2008), Dərs vəsaiti, B., Qərbi Kaspi Universiteti  - 2017
  • "Müasir dövrdə Qafqazda geosiyasi proseslər", Fənn proqramı, B., Qərbi Kaspi Universiteti - 2017
  • “Dəyişən dünyaya uyğunlaşma: “Enerji təhlükəsizliyində alternativ enerji mənbələrinin yeri.” Təhdidlər və İmkanlar”, B., Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Humanitar Elmlər Seriyası - 2, 2017, Səh. 85-90
  • "Müasir Avropa və İslam: demokratiya və dünyəvilik problemi", Tezis „Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri“ mövzusunda beynəlxalq elmi konfransın materialları”, 1-2 Juli 2017, B., Səh. 217-219
  • “Müharibə dövründə qadınlar və zorakılıq”, B., Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Humanitar Elmlər Seriyası- 1, 2016, Səh. 57-62
  • „Azərbaycanda alman izləri “, Monoqrafiya, İstanbul, Heydər Əliyev Fondu, Mega Basim - 2014, Müəllif: Prof.Dr.Eva Maria Auch Redaktor: Dr. Rauf Hasanov
  • “Gürcüstan-Rusiya müharibəsinin Cənubi Qafqaz regionuna təsiri”, Ankara, YOM, Türk Dünyası Kültür Dərgisi – 23, 2011, Səh. 94-101   
  • “2008-ci il Rusiya-Gürcüstan müharibəsi”, B., Tarix və onun problemləri – 4, 2010 Səh. 179-183 
  • “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları”, Naxçıvan, AMEA-nın Naxçıvan filialı, Elmi Xəbərlər, Sosial və Humanitar Elmlər seriyası - 3, 2009, Səh. 15-21
  • “Gürcüstanda etnik separatizm problemi”, Tiflis, Tiflis Dövlət Universiteti, Qafqazşünaslıq İnstitutu, Qafqaz xəbərləri – 1, 2009, Səh. 396-405
  • “Gürcüstan- Osetin münaqişəsi”, B., Tarix və onun problemləri – 1-2, 2009, Səh. 261-270
  • “Gürcü-abxaz münaqişəsi”, B., Pedaqoji Universitetin Xəbərləri, Humanitar Elmlər seriyası– 3, 2009, Səh. 95-104
  • “Dağlıq Qrabağ və Gürcü-Abxaz münaqişələri (Etnogenezis problemi)”, B., BDU-nun Xəbərləri, Humanitar elmlər seriyası- 2, 2009, Səh. 125-131
  • “İri dövlətlərin Cənubi Qafqazda maraqları regiondakı münaqişələr fonunda” , Naxçıvan, Naxçıvan Dövlət Universiteti, Elmi Xəbərlər – 5 (25), 2008, Səh. 285-290
  • "Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in rolu", Bakı, Tarix və onun problemləri – 4, 2007, Səh. 218-226
  • “Rusiyanın Cənubi Qafqazdakı maraqları Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri fonunda”, B., Tarix və onun problemləri – 2, 2007, Səh. 175-183
  • 17. “SSRİ-nin dağılmasından sonra Azərbaycan-Türkiyə əlaqələri”, B., Tarix və onun problemləri– 3, 2005, Səh. 146-149