Rəna Hacıyeva

İnformasiya Texnologiyaları və maşınlar kafedrasının müdiri 

p.ü.f.d., dos. 

Akademik fəaliyyətinin istiqamətləri:

  • İnformatika
  • Veb-proqramlaşdırma
  • Kompüter tərcümə proqramları 
  • Kompüter mühəndisliyin əsasları 
  • Sistem proqram təminatı 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

7 yanvar 1954-jü ildə Bakı şəhərində anadan olmuşdur.  1961-1971- ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ji ildə Azərbayjan Neft və Kimya İnstitutunu (indiki Azərbayjan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990 –ci illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997 – ci illərdə Azərbayjan Ali Tətbiqi Elmlər Kollejində müəllim, baş müəllim,1997-ji ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar  kafedrasının baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 40-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir.

Elmi nəşrlər: 

  • Abituriyentlərin və tələbələrin test edilməsi - 1995
  • Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996
  • Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996
  • Müasir həyatda kompüter və tədris - 1996 
  • "İnformatika" tədrisi üzrə təcrübə - 1997
  • Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997
  • Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999
  • "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998
  • İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999
  • "Sistem proqramı" üzrə kurs proqramı- 1999
  • İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000
  • "Alqoritmiləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000
  • "Proqram paketləri" proqramı - 2000
  • İnformatika təhsili metodikasında bəzi elementlər - 2001
  • Şagirdlərin biliklərinin yoxlanılması - 2001
  • Alqoritmiləşdirmənin əsas elementləri - 2001
  • Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001
  • Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001
  • İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002
  • VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002
  • ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə   proqram - 2003
  • İnformatikadan 250 test - 2003 
  • Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003 
  • İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005 
  • İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006
  • İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006 
  • İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007
  • Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007 
  • Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007
  • İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008
  • İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009
  • İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərin­dən istifadə fənlərarası əlaqə­nin yaradılması üçün bir zəmindir - 2011
  • İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012
  • Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012
  • İnternet jurnalistikası - 2012
  • İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013
  • Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015 
  • Siyahı strukturları - 2015
  • Proqramlaşdırma dilləri və informatika - 2016
  • Müasir proqramlaşdırma dilləri - 2016
  • İnformatika və geoinformatika - 2016
  • Proqramlaşdırmanın əsasları - 2016
  • Coğrafi informasiya sistemləri - 2017
  • Rabitə kanalları və siqnalların işlənməsi - 2017