Tələbə Həyatı

Qərbi Kaspi Universitetinin tələbələri  maraqlı, parlaq və həyat dolu tələbə həyatı yaşayırlar. Gənclər siyasəti universitetimizin vahid inkişaf proqramının tərkib hissəsidir. Tələbələrin asudə vaxtının səmərəli təşkil olunması Qərbi Kaspi Universitetinin diqqət mərkəzindədir. Universitetimiz tələbələrin asudə vaxtının səmərəli istifadəsi üçün bütün şəraitlər yaratmaqla yanaşı, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli müdafiəsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı öz fəaliyyətinin inkişafları üçün dəstək göstərir. Məhz buna görədir ki, Qərbi Kaspi Universitetində aşağıda qeyd olunan tələbə təşkilat və klubları müvəffəqiyyətlə fəaliyyət göstərir.

Tələbə Gənclər Təşkilatı

Qərbi Kaspi Universtiteti Tələbə Gənclər Təşkilatı tam müstəqil şəkildə fəaliyyət göstərən, tələbələrin ümumi maraqları əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmış təşkilatdır. Tələbə Gənclər Təşkilatı əsas məqsədi Azərbaycan Respublikasının gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

 Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  • tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi;
  • tələbələrin hüquqlarının təmin edilməsi;
  • respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  • tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
  • qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

Tələbə Gənclər Təşkilatı öz səlahiyyəti çərçivəsində:

  • Tələbələr arasında sorğular keçirir, onların fikir və istəyini öyrənir;
  • Tədrisin təşkili və tələbələrlə bağlı olan rektorluğun normativ aktlarını tələbələrə izah etməklə onların həyata keçirilməsində fəal iştirak edir;
  • Tələbə həyatının spesifik problemləri barədə rəy və təkliflər verir;
  • Tələbələrin hüquq və maraqlarını (o cümlədən sosial) hərtərəfli müdafiə edir;
  • Qayda-qanunun pozulmasına imkan verən səbəbləri və şəraitləri aradan qaldırmaq barədə təkliflər verir.

Qərbi Kaspi Universiteti Tələbə Gənclər Təşkilatı universitetimizdə fəaliyyət göstərən ən böyük təşkilatlardan biridir. Təşkilat öz fəaliyyəti çərçivəsində bir çox istiqamətdə işlər görür. Bunlara, mütəmadi olaraq keçirilən elmi konfranslar, görkəmli yazıçıların, şairlərin yaradıcılıq günləri, intellektual oyunlar, muzeylərə və incəsənət evlərinə ekskursiyalar təşkil edir. Təşkilat hər il Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ənənəvi respublika miqyaslı elmi konfrans təşkil edir. Təşkilat Tələbə Elmi Cəmiyyətinin İdarə heyəti tərəfindən idarə olunur.

Qərbi Kaspi Universiteti Tələbə Gənclər Təşkilatı daxilində “Tələbə Elmi Cəmiyyəti” adlı təşkilatla yanaşı bir sıra klublar və işçi qrupları fəaliyyət göstərir. Bunların sırasına “Musiqi klubu”, “Rəqs klubu”, “Debat klubu”, “Diplomat klubu”, “Birləşmiş Millətlər Təşkilatı Modeli (MUN) klubu”, “İntellektual Oyunlar klubu”, “Kitab klubu”, “Texnologiya işçi qrupu”, “Vətənpərvərlik klubu” “Tədbir-inzibatçılıq klubu” daxildir.

Əlaqə:

Tel: (+994 12) 492 74 18

Tələbə Gənclər Təşkilatının Facebook səhifəsi

instagram: wu_tqt

 

Tələbə Könüllü Birliyi

Tələbə Könüllü Birliyi 2016-cı il Qərbi Kaspi Universiteti daxilində könüllü birlik kimi yaradılmışdır.Əsasında,tələbələrin könüllü şəkildə Bir halda universitet daxili işlərin könüllü şəkildə icra edərək,könüllülük etdiyi sahədə iş təcrübəsi qazanmasıdır.

Birlik, Qərb Universiteti tələbələrinin asudə vaxtlarının səmərəli keçirilməsi və onların elmi-praktiki bacarıqlarının təkmilləşməsi kimi vəzifələri həyata keçirir. Birlik, əsasən universitet də təhsil alan tələbələrin auditoriyadan kənar qalan zamanında onları könüllü fəaliyyətlə müəyyən sahələrdə iş təcrübəsi qazanmasına şərait yaradır.

Birliyin məqsədi aşağıdakılardır:

  • Tələbələrin asudə vaxtlarını təşkil etmək.
  • Tələbələrin elmi-praktiki bacarığa sahib olması və bunu tətbiq etməsi.
  • Gələcək də iş təcübəsizliyi probleminin yaşanmaması.
  • Tələbənin şəxsiyyət kimi yetişməsi

Əlaqə:

Birlik sədri: Nağıyev Yadigar

Tələbə Könüllü Birliyinin Facebook səhifəsi

Tələbə Elmi Cəmiyyəti

Elmi işlər kafedralar tərəfindən təşkil olunub Tələbə Elmi Cəmiyyətinə təqdim edilir. Tələbə Elmi Cəmiyyəti tələbə Təşkilatıdır. Onun sədri tələbələrin ümumi toplantısında tələbələr sırasından açıq səsvermə yolu ilə seçilir.

Tələbə Elmi Cəmiyyəti informasiya bülletenləri və qəzet nəşr etməklə tədqiqat işlərinin, müzakirələrin, elmi seminar və konfransların təşkilində aparıcı rol oynayır. Tələbə Elmi Cəmiyyətinin hər bir üzvü Qərb Universitetinin elminin inkişafına öz töhvəsini verir. Tələbə Elmi Cəmiyyətinin üzvləri ayda bir dəfə bir yerə toplaşır və özlərinin iş və konfransları barədə planlarını müzakirə edirlər.

Tələbə Elmi Cəmiyyətinin işinin başlıca prinsipi tələbələrin illik elmi-praktik konfransını hazırlayıb keçirməkdən ibarətdir. Tələbə Elmi Cəmiyyətinin üzvləri məqalələr, tezislər yazır və Azərbaycanın başqa Universitetlərindən gələn tələbələr üçün materiallar işləyib hazırlayırlar. Bundan əlavə ən yaxşı məruzələr seçilərək Respublika Tələbə Elmi Konfransına göndərilir və nəşr olunur.

Diplomat Klubu

Qərbi Kaspi Universiteti Diplomat klubu könüllü gənclər klubudur. Qərbi Kaspi Universiteti Diplomat Klubu öz ətrafında ali təhsil məktəbərinin beynəlxalq münasibətlər, beynəlxalq hüquq və diplomatiya sahəsi ilə bağlı digər fakultələrində təhsil alan tələbə, magistr, məzun və diplomatiya ilə maraqlanan intelektual gəncləri özündə birləşdirməkdir. Universitetimizdə mövcud olan müxləlif klublar var. Dipomatiya ilə maraqlanan gəncləri özündə birəşdirən klub olmadığı üçün belə bir klubun yaranmasına böyük ehtiyacın duyduğunu nəzərə alınaraq Qərb Universitetində Diplomat Klubu təsis edildi.

Klub hal-hazırda beynəlxalq münasibətər və diplomatiya sahəsinə ciddi maraq göstərən, Tələbələrin mövqeyini və cəmiyyətin maraqlarını müasir baxışlara uyğun əks etdirən intellektual gəncləri ətrafında birləşdirərək, onların müasir dəyərlərə, beynəlxalq münasibələrin xüsusiyyətlərinə, diplomatiyanın incəliklərinə yiyələnməsində köməkçi funksiyasını öz üzərinə götürmək niyyətindədir. Klub müntəzəm olaraq beynəlxalq münasibətlər, beynəlxalq təhlükəsizlik və diplomatiya sahəsini əhatə edən mühüm və aktual mövzularla bağlı konfranslar, elmi-təcrübi tədbirlər, seminarlar, və debatlar keçirəcək.

Klubun əsas məqsəd və vəzifələri:

  • Klubun məqsədi tələbələrdə diplomatiya olan marağın artırılmasına kömək etməkdən ibarətdir:
  • Qədim və müasir diplomatiya tarixini, onun inkişaf mərhələlərini öyrənmək və ətraflı təhlil etmək:
  • Azərbaycanın beynəlxalq münasibətlərdə iştirakı, diplomatiyasi və xarici siyasətini öyrənmək və təhlil etmək:
  • Gənclərin humanizm, demokratiya dəyərləri və insan hüquqlarına hörmət prinsipləri əsasında maarifləndirilməsi işini təşkil etmək:
  • Universitetlərdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq və diplomatiya sahəsində təhsil alan tələbələr arasında qarşılıqlı münasibətlərin yaradılması və tələbələrin inkişafı naminə əlaqələr yaratmaq və birgə elmi konfranslar təşkil etmək.

Diplomatiya, siyasət sahəsinə marağı olan hər bir gənc kluba qoşula və klub tərəfindən keçiriləcək bütün layihə və görüşlərdə iştirak edə bilər.

Klubun rəsmi Facebook qrupu

Debat klubu

Debat klubu öz ətrafında debata, araşdırmalara, polemikaya marağı olan tələbələri birləşdirir. Klubun əsas məqsədi tələbələrin natiqlik, analiz, ritorika qabiliyyətini inkişaf  etdirməkdir. İnsanın hansı biliklərə sahib olmasına baxmayaraq, natiqlik qabiliyyətinə sahib deyilsə o, biliklərini düzgün şəkildə cəmiyyətə çatdıra bilməyəcək və onlardan məqsədəuyğun şəkildə istifadə edə bilməyəcək. Sırf bu nöqteyi-nəzərdən Debat klubu gənclərimiz üçün əhəmiyyətlidir.

BMT Modeli klubu

BMT Modeli klubu 2016-cı ildə təsis olunmuşdur. Klubun əsas məqsədi politologiya, beynəlxalq münasibətlər, sosial elmlərə marağı olan tələbə-gəncləri bir araya toplayaraq onlara Birləşmiş Millətlər Təşkilatının iş prinsiplərini, ölkələrarası dialoqların təşkilini, BMT Qətnamələrinin yazılışını və s. haqqında biliklərin toplanmasında onlara yardımçı olur. Klub mütəmadi olaraq BMT Modeli konfransları keçirir. Konfransda tələbələr müvafiq ölkələri BMT komitələrinin birində təmsil edir və qətnamə qəbul edirlər.

Musiqi klubu

Musiqi klubu 2017-ci ildən fəaliyyət göstərməkdədir. Klubun əsas vəzifələri üzvlərin musiqi bacarıqlarının inkişaf etdirilməsi üçün seminar və məşqlərin təşkil edilməsi, tədbirlər üçün musiqili çıxışların, eləcə də konsert proqramlarının hazırlanması, mahnı müsabiqələrinin təşkil olunması və digər kütləvi yarış və müsabiqələrdə universitetimizi təmsil etməkdir.

Rəqs klubu

Rəqs klubunun universitetimizin milli, xarici və digər rəqslərə marağı olan tələbələri bir araya toplayaraq, daxili və xarici tədbirlərdə klubumuzu təmsil etmək və keçirilən tədbirlərə maraq qatmaqdır. Hal-hazırda Rəqs klubunun əsas fəaliyyət istiqaməti fərdi və qrup şəklində olaraq Azərbaycanın milli rəqsləridir.

İntellektual Oyunlar Klubu

İntellektual Oyunlar Klubu universitetimizdə uzun illərdir ki, fəaliyyət göstərir. Fəaliyyəti çərçivəsində klub universitetimizin intellektual səviyyəsi güclü olan tələbələri daxilində birləşdirir və mütəmadi olaraq “Kim? Nə? Harada?”, “Xəmsə”, “Axtar-tap” və digər formatda yarışlar keçirir və digər qurumlar, universitetlər tərəfindən keçirilən bu yarışlarda iştirak edir.

Kitab klubu

Kitab klubu, bədii ədəbiyyatla maraqlanan, kitab oxumağı sevən və asudə vaxtını səmərəli keçirən tələbələr üçün təsis olunmuşdur. Kitab klubu daimi olaraq klub üzvləri üçün  kitab təqdimatları, yazıçılarla görüşlər və yaradıcılıq gecələri təşkil edir.