Tərcümə kafedrası

Tərcümə kafedrasının əsas istiqaməti xarici dil sahəsində yüksək səviyyəli tərcüməçilər hazırlamaqdan ibarətdir. Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün audio və video avadanlıqlarla təchiz olunmuş lingafon otaqları və Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur. Tələbələrin dil qabiliyyətini təkmilləşdirmək məqsədilə dil daşıyıcıları olan xarici mütəxəssislər dəvət olunur. Belə ki, ABŞ-dan Rise Kelsi, Səid Naxçivani, Chelsea Cervantes,  Kanadadan Ross Douglas, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal,  Portuqaliyadan Ana Filomena, Curralo Goncalves, Böyük Britaniyadan  Svetlana Kurtes , Mario Moya, Alum Bati, Randall Baker , Colin Love, Ekaterina Rees-Yaeger,  Çindən Li Baoyu, Li Cua, Liu Liu, Yuan Yue, Han Rubing, Ruidi Wang,  Rusiyadan Nataliya Kornetova, Maria Maltseva, Almaniyadan Utah Stoltenberg, Çexiyadan Jiri Nesiba, Hana Stojanova, Polşadan Marta Gancazyk və digər ölkələrdən xarici mütəxəssislər dəvət olunur.