Xəbərlər və Elanlar

Qərbi Kaspi Universitetinin Kitabxana Mərkəzi kitabxanaçı vəzifəsi üçün müsabiqə elan edir. 

 Müsabiqədə aşağıda göstərilən tələblərə uyğun gələn namizədlər iştirak edə bilərlər:

  • Fonda daxil olan dövri nəşrlərin işlənməsi
  • Kitabxana fondlarına nəzarət, fondun texniki və elmi işlənməsi
  • MARC-formatında kitabların elektron kataloqa salınması, avtomatlaşdırılmış kitabxana sistemində işləmək bacarıqları
  • Kitabxana-biblioqrafiya xidmətinin həyata keçirməsi, oxucuların sorğularını cavablandırması
  • İşə məsuliyyətlə yanaşmalı, universitet daxili nizam-intizam qaydalarına əməl etməli, Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində orta səviyyədə bilməsi vacibdir. Ofis texnikasını (kompyuter, printer, skaner) əla bilməlidır.
  • Kitabxana- İnformasiya sahəsi üzrə ən azı bakalavr dərəcəsi olmalıdır.

CV-ləri bu ünvana göndərə bilərsiniz: sorucova@wu.edu.az

CV-lərin qəbul müddətinin son tarixi 30.01.2018- ci ilə qədər.