İdman

Basketbol komandası

1999-cu ildə komanda Azərbaycan Çempionatında və Tələbə Liqası Oyunlarında iştirak etmiş və nəticə etibarı ilə 2-ci və 3-cü yerlərə sahiblənmişdir. Bu yaxşı göstərici idi və qarşıda gələn oyunlara əzmlə hazırlaşmaq üçün yeni təkan idi. Növbəti 2000-ci il nəaliyyətlər əldə olunduğu bir il oldu - həmin il komandamız Azərbaycan Çempionatında 2ci yeri tutdu. Lakin 2001-ci il komanda üçün "qızıl il" kimi qəbul olunur - Tələbə Liqasında 1-ci yer, Bakı Çempionatında 1-ci yer və sözsüz ki, ən vacib olan Azərbaycan Çempionatında 1-ci yer artıq bizim idi. 2001-ci ilin yayında, Azərbaycan basketbol tarixində ilk dəfə olaraq yığma komandaAvropa Çempionatındaiştirak etmişdir. Yığma komandada Qərb Universitetini E.Yusubov, R.Hüseynov və E.İskəndərov təmsil edirdi. Komandamızın "köhnə sakinləri" Səfərəliyev Teymur, Behbudov Teymur, Ocaqov İbrahim və Cəfərov Məhərrəmhaqqında da danışmaq maraqlı olardı. Bu oyunçular komadanın əsas potensial qüvvəsini təmsil edirlər. Cabbarlı Elçin 2002-ci ildə komandaya dəvət olunmuş və məmnuniyyətlə heyyətimizə qatılmışdır.

2002-ci ilin fevral ayında komanda Azəbaycan Çempionatının ilk mərhələni keçmiş və yarım-qrupunda 4 qələbə qazanmışdır. Qarşıda hələ 2 mərhələ qalmışdır: biri aprel ayında və final - iyun ayında. Gənc nəsildən olan oyunçular Emin Kazımov, Orxan Hacıyev bu oyunlarda ən yüksək nəticəni göstərmişlər .

Basketbol komandası Basketbol komandası Basketbol komandası Basketbol komandası

Futbol komandası

Qərb Universitetinin futbolunun 17 yaşı var. Mini futbol üzrə fakültələr arası və daxili yarışlar arası bizim universitetimizin şərəfini müxtəlif yarışlarda qoruyan ən bacarıqlı oyunçular seçilmişdir.

2008-ci ildən H.Əliyevin 85 illik yubileyinə həsr olunmuş turnirdə iştirak edən futbol komandası formalaşmışdır.

Futbol komandası