Ekologİya

Proqram: Ekologiya 

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Ekologiya ixtisası üzrə proqramın məqsədi ekologiya sahəsində yüksək səviyyəli mütəxəssisi hazırlamaqdan ibarətdir. Bu məqsədlə tədris planına əsasən tələbələr yeni texnosferin formalaşdırılması, texniki yeniliklərin sosial-ekoloji müstəvidə qiymətləndirilməsi, onların biosfer qanunlarına uyğun olmasının müəyyənləşdirilməsi, kainatın öyrənilməsi, fizikada nəzəri və təcrübi metodların istifadəsi, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, atom molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyən olunması metodları haqqında biliklərə malik olacaqlar. Tələbələr üçün eyni zamanda layihə sənədlərinin və qrafiki işlərin aparılması, texniki sxemlərin və cizgilərin tərtibat qaydaları, müasir proqramlardan istifadə qaydaları, neft-kimya istehsalında yaranan tullantıların təsnifat məsələləri, qapalı su təchizatı sistemlərinin yaradılması, ətraf mühitin mühafizəsi, qaz tullantılarının zərərsizləşdirilməsi, müxtəlif ehtiyatlardan səmərəli istifadə olunması və onların bərpası prinsipləri, ekoloji ekspertiza və s. tədris olunacaqdır.

Ekologiya üzrə tələbələrin təcrübə keçmələri üçün Ekoloji Səyyar və Geomatika laboratoriyaları yaradılmışdır. Laboratoriyalarmüasir avadanlıqlarla təchiz olunmuşdur.

Proqramı uğurla başa çatdıran məzunlar müxtəlif dövlət təşkilatlarında, nazirliklərdə, beynəlxalq və yerli layihələrdə, beynəlxalq mərkəzlərdə, qeyri-hökumət təşkilatlarında, layihə şirkətlərində, dənizçilik və balıq sənayesində, tədqiqat laboratoriyalarında və s. fəaliyyət göstərə bilərlər.