Fİlologİya (Azərbaycan dİlİ və ədəbİyyatı)

Proqram: Filologiya (Azərbaycan dili və ədəbiyyatı) üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2400 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan dili

Azərbaycan dili xalqımızın milli dili, müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dil əsrlərin sınağından keçərək inkişaf edib zənginləşmiş və hal-hazırda respublikamızın ictimai-siyasi, mədəni və iqtisadi həyatının bütün sahələrində geniş istifadə olunur. Respublikanın təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsi və tədrisi prosesinin yüksəldilməsi, mütərəqqi üsulların tədris prosesinə tədbiq edilməsi mühüm məsələlərdən biridir.

Proqram çərçivəsində tələbələr Azərbaycan ədəbiyyatı, onun şifahi və yazılı qolu, klassiklərin həyat və yaradıcılığı, folklor və yazılı ədəbiyyat ilə tanış olur, ən qədim dövrdən başlayaraq günümüzədək ədəbiyyatın keçdiyi inkişaf yollarını öyrənirlər.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlarmüxtəlif təhsil müəssisələrində, müşavirliklərdə, kütləvi informasiya mərkəzlərində, beynəlxalq şirkətlərdə ixtisaslarına uyğun olaraq müəllim, müxbir, redaktor, baş redaktor, texniki yazıçı və s. kimi fəaliyyət göstərə bilərlər.