Marketİnq

Proqram: Marketinq

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2500 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Marketinq üzrə bakalavr dərəcəsi tələbələr ciddi analitik və tədqiqat işlərin aparılması, potensial istehlakçıların ehtiyaclarını və bazarda rəqiblərin davranışlarınının öyrənilməsi, idarə etmə, reklam və təşviqetmə işinin öyrənilməsi, strateji, iqtisadi və əməliyyat planlaşdırması üçün əsas bacarıqlara yiyələnirlər. Marketinq sisteminin tərkib hissəsi olan iqtisadiyyat, riyaziyyat və İdarəetmə sahələrinə bu təhsil proqramı çərçivəsində böyük diqqət yetirilir. Həmçinin tənqidi düşüncə, problemlərin həlli, təhlili və şəxsiyyətlərarası münasibətlərlə bağlı bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Təhsilini uğurla başa çatdıran məzunlar yerli və beynəlxalq şirkətlərdə, reklam şirkətlərdə, iqtisadi strukturlarda, banklarda, konsaltinq, sığorta şirkətləri və korporasiyalarda fəaliyyət göstərə bilərlər.