Proqram: Politologiya üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: 2400 AZN və qiyabi 1600AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Politologiya üzrə bakalavr dərəcəsi proqramı beynəlxalq siyasətdəki əsas anlayış, proses və hadisələri dünya, regional və milli səviyyələr üzrə tədris edən çoxsahəli proqramdır. Proqram tələbələri dövlət, biznes, peşə məktəbləri və qeyri-ticarət təşkilatlarında faydalı olan əsaslı bilik və siyasi təhlil bacarıqları ilə təmin edir; dünyada baş verən mürəkkəb siyasi münasibətləri öyrənmək üçün lazımi nəzəri və praktiki biliklər verir.

Proqram politologiyanın parlament sistemi, qloballaşma, siyasi menecment və PR texnologiyalar, siyasi tədqiqat metodları, siyasi münaqişələrin həlli və beynəlxalq siyasət kimi sahələrini əhatə edir.Tələbələr elmi və peşə fəaliyyətlərinin inkişafı üçün həlledici rol oynayan mühüm analitik bacarıqlara yiyələnirlər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar dövlət təşkilatları, səfirliklər, nazirlik və QHT-lər, biznes, beynəlxalq və hüquq şirkətlərində fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi: