Su bİoehtİyatları və akvabİtkİlər

Proqram: Su Bioehtiyatlari və Akvabitkilər

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Su Bioehtiyatlari Və Akvabitkilər üzrə bakalavr dərəcəsi üzrə tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər.

Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələr üçün müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar genlərin strukturunu öyrənən genetik, heyvanları öyrənən zooloq, insan quruluşunu, orqanlarını və həyat fəaliyyətini öyrənən anatom kimi fəaliyyət göstərə bilərlər. Onlar təhsil müəssisələrində, müxtəlif araşdırma mərkəzlərində, elmi tədqiqat institutlarında işləyə bilərlər.