Vakansİyalar

vacancy

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti)

aşağıdakı vəzifələri tutmaq üçün 

MÜSABİQƏ ELAN EDİR:

Kafedralar üzrə vakansiyalar

Məktəb (Fakültə) dekanı vəzifəsini tutmaq üçün:
  • “İqtisadiyyat” Məktəbi
  • "Biznes” Məktəbi
  • “Dizayn və memarlıq” Məktəbi
  • “Filologiya və tərcümə” Məktəbi
  • “Siyasi və ictimai elmlər” Məktəbi

Sənədlər elan verildiyi gündən 1 (bir) ay müddətində təqdim edilə bilər.

Müsabiqə elan edilən vəzifələrə həm Universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-         tərcümeyi hal;

-         ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;

-         dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

 Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikasının Təhsil Nazirinin 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na müvafiq olaraq rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.

 Ünvan:  Bakı şəhəri, İstiqlaliyyət küçəsi 27, Qərbi Kaspi Universiteti və ya CV-lərini  administration@wu.edu.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Kürsü müdiri vəzifəsini tutmaq üçün:
  • “Psixologiya və pedaqogika” kürsüsü
  • “Tarix və fəlsəfə” kürsüsü
  • “Politologiya” kürsüsü
  • “Beynəlxalq münasibətlər” kürsüsü
  • “İngilis dili və ədəbiyyatı” kürsüsü
  • “Maliyyə və mühasibat uçotu” kürsüsü
  • “Menecment və turizm” kürsüsü

Sənədlər elan verildiyi gündən 1 (bir) ay müddətində təqdim edilə bilər. Müsabiqə elan edilən vəzifələrə həm Universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər.