Qərbi Kaspi Universiteti

“Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda XXVII Respublika elmi-praktik konfrans

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda ali məktəb tələbə və magistrantlarının XXVII multidissiplinar Respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransda sosial, humanitar, təbitət və texniki elmləri əhatə edən elmi məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Konfrans 6 may 2022-ci il tarixində Qərbi Kaspi Universitetinin Ə.Rəcəbli küçəsi 3/21 ünvanında yerləşən 2 saylı korpusunda baş tutacaq.

İştirakçılara sertifikat təqdim olunacaq və elmi məruzələr konfrans materiallarında çap olunacaq. Konfransda məruzələr Azərbaycan, rus və ingilis dillərində olacaq (məruzə müddəti 10-15 dəq.).

Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini 2 may 2022-ci il tarixinə kimi haydar.aliyev.conference@wcu.edu.az ünvanına təqdim edə bilərlər.  Göndəriləcək e-mailda məqalə ilə bərabər məruzənin adı, müəllifin adı və soyadı, oxuduğu yer, elmi rəhbərinin ad və soyadı, əlaqə telefonları mütləq qeyd olunmalıdır.

Konfransın məruzəsi üçün məqaləyə dair qaydalar:

Məruzənin  həcmi A4 formatlı elektron kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin haydar.aliyev.conference@wcu.edu.az e-mail ünvanına göndərilməlidir.

Konfransın məruzəsi üçün məqalə  Azərbaycan, ingilis və rus dillərindən  birində olmaqla, həcmi 5 səhifəyə qədər ola bilər. Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [4, 44] və ya [10, 23-24].

Əlaqə nömrəsi: +994 12 565 39 77 (“Siyasi və ictimai elmlər” fakültəsi)