Qərbi Kaspi Universiteti

Kimya və Biologiya müəllimlərinin Respublika Forumu

Kimya və Biologiya müəllimlərinin Respublika Forumu

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 24 aprel 2021-ci il tarixində saat 10:00-da Kimya və Biologiya müəllimlərinin Respublika onlayn Forumu keçiriləcək.

Forumun keçirilməsində məqsəd ali və orta məktəblər arasında inteqrasiya yaratmaq, kimya və biologiya kimi inkişafda olan elmlərin nailiyyətləri haqqında diskussiya şəraitini formalaşdırmaq, elmi ictimaiyyətin fikir və təkliflərinin toplanması, elmin bu istiqaməti üzrə yaradıcı və eksperimental tədqiqat fəaliyyətlərinə marağı formalaşdırmaq və inkişaf etdirməkdir.

İştirakçılara sertifikatlar təqdim olunacaq.

Forumda aşağıdakı istiqamətlər üzrə mövzular dinləniləcək:

- STEAM fəlsəfəsinin Kimya və Biologiya fənlərində tətbiqi

- Məktəbdə Kimya və Biologiya dərslərində virtual laboratoriyaların təşkil edilməsi

- Məktəbdə ekoloji təhsil və tərbiyənin təşkili

- Orta təhsil müəssisələrində genetika mövzusunun praktik innovativ tədrisi metodları

- İnklüziv şagirdlərdə təbiət fənlərinin distant təşkili formaları.

Qeyd: İştirak üçün məktəbin nömrəsinin, ad və soyadı, əlaqə nömrəsini forum@wcu.edu.az elektron poçt ünvanına yazmaq və yaxud https://wcu.edu.az/forum-kimya-biologiya/ səhifəsindən qeydiyyatdan keçmək tələb olunur.

Son qeydiyyat tarixi 23 aprel 2021-ci il tarixinədəkdir.

Əlavə məlumat üçün əlaqələndirici şəxs Urfan Muradlı (+99451 475 90 80; +99412 565 39 76/77)