Qərbi Kaspi Universiteti

Qərbi Kaspi Universiteti 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı esse müsabiqəsi elan edir

Qərbi Kaspi Universiteti 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı esse müsabiqəsi elan edir

Qərbi Kaspi Universitetinin orta məktəblərin IX, X, XI sinif şagirdləri arasında esse müsabiqəsi keçirir. Esselər 05.05.2022 tarixinədək elektron şəklində qəbul ediləcək.
13.05.2022-ci il tarixində nəticələr elan ediləcək.
İlk üç yerin qalibi mükafatlandırılacaq.
Mövzu: Şuşanın tarixi və bu günü
Tərtibat: həcm 2-3 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2sm; 1,5 interval. Şagirdin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisənin tam olaraq adı və yerləşdiyi ünvan, əlaqə nömrəsi essedə göstərilməlidir.
Dil: Azərbaycan dili.
Tövsiyələr:
1. Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə sərbəst düşüncə tərzinizi ortaya qoymaq;
2. Dolaşıq fikirlərə, yersiz rəsmiyyətə, təmtəraqlı pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol verməmək;
3. Ədəbi dilin bütün normalarına əməl etmək, durğu işarələrini yerli-yerində istifadə etmək;
4. Esseni göstərilən elektron ünvana göndərmək: musabiqe@wcu.edu.az
Əlaqə nömrəsi: 492-61-63 (14)
E-mail: musabiqe@wcu.edu.az