Qərbi Kaspi Universiteti

Rumıniyalı professorun mühazirəsi olacaq

Rumıniyalı professorun mühazirəsi olacaq

Rumıniyanın Transilvaniya Brasov Universitetinin dosenti, marketinq üzrə fəlsəfə doktoru Florin Nechitinin Qərbi Kaspi Universitetinin tələbələri üçün mühazirəsi olacaq.
Dekabrın 5-də saat 11.00-da başlayacaq və "Yaradıcılıq və kommunikasiya" mövzusuna həsr olunacaq mühazirə universitetin Əhməd Rəcəbli 17 ünvanında - İqtisadiyyat korpusunun Akt Zalında keçiriləcək.