Riyaziyyat və Fizika kafedrası
Kafedra kimi 1991ci ildən "Riyaziyyat və kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlamışdır.Kafedra öz fəaliyyəti dövründə informatika və hesablama texnikası istiqaməti üzrə, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır.
2017ci ildən isə kafedra “İnformasiya exnologiyaları” kafedrası adı ilə fəaliyyət göstərmişdir. Kafedrada riyazi analiz, ali cəbr, analitik həndəsə, diferensial həndəsə və topologiya, riyazi fizika tənlikləri, funksional analiz, ehtimal nəzəriyyəsi, riyazi statistika, iqtisadi nəzəriyyə, aktual və maliyyə riyaziyyatı, alqoritmik dillər, məlumat bazaları, əməliyyat sistemləri, yeni informasiya texnologiyalarının yaradılması və istifadəsi, proseslərin riyazi modellərinin hazırlanması və tətbiqi, müasir riyazi metodları, proqram təminatı sahələri və s. kimi fənlər yüksək ixtisaslı professor – müəllim heyəti tərəfindən yüksək səviyyədə tədris edilmişdir.
Hal-hazırda isə “Riyaziyyat və fizika” kafedrası adı altında fəaliyyət göstərib, “Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinın” tərkib hissəsi olaraq 2020-ci ilin payız semestrindən yaradılmışdır və qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərir. Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün ən müasir avadanlıqlarla təchiz olunmuş,“Fizika və elektronika” laboratoriyası kafedranın nəzdində yaradılmışdır. Kafedranın professor -müəllim heyəti elmlər doktoru və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən ibarətdir. Fənlər müəllimlər tərəfindən Azərbaycan, İngilis, Rus dillərində tədris olunur.
Akademik heyət:
f.r.e.ü.f.d., Səlimov İlham Nəsir o., kafedra müdiri
r.ü.e.d., prof. Kərimov Ədalət Kərim o.
a.f.ü.f.d. Bahəddinova Günel Rüstəm qızı,
R.ü.f.d . Əzizov Oqtay Qiyas o.
Fiz.ü.f.d. Quliyeva Svetlana İbrahim qızı
R.ü.f.d. Həbibov Sənan Əmirsoltan o.
T.ü.f.d., dos. Əliyev Qoşqar Seyfullah o.
r.ü.f.d. Məmmədova Ülviyyə Məmmədəli
Məhəmmədli Əli Mübariz o.
Tədris olunan fənlər
- Ehtimal nəzəriyyəsi və riyazi statistika
- Xətti cəbr və riyazi analiz
- Riyaziyyat
- Ali riyaziyyat
- Xətti cəbr və analtik həndəsə
- Ehtimal nəzəriyyəsi
- Ekonometrika
- Mühəndislik riyaziyyatı
- Riyazi məntiqi məsələlər
- Psixologiyada riyazi metodlar
- Bioloji elmlər üçün riyaziyyat və biostatistika
- Diskret riyaziyyat
- Riyazi statistika
- Fizika
- Biofizika
- Fizikanın əsasları
Kafedrada nəşr olunan bəzi metodik və dərs vəsaitləri
Азизов О.Г.,Акперова С.Н. Основные уравнения математической физики. Методическое пособие. АзТУ, Баку 2001, стр. 35.
Əzizov O.Q .Ali riyaziyyatdan mühazirələr, I semestr. Metodik vəsait.AzTU, Bakı, 2008, 88 səh.
Азизов О.Г.,Акперова С.Н. Лекции по высшей математики.Методическое пособие. Аз.ТУ, Баку 2012, стр. 130.
Ali riyaziyyat. I semestr(Məmmədov F.İ. və başq. birlikdə).Dərs vəsaiti.FHN Akademiyası, Bakı, 2013, 188 səh.
Əzizov O.Q., Şahverdiyev M.N. Həndəsə (analitik həndəsənin elementləri) . Dərs vəsaiti. Bakı, 2017, 173 səh.
Səlimov İ.N. Fizika məsələlərinin kompüterlə həlli metodikası, dərs vəsaiti Mingəçevir Dövlət Universitetinin 04.12.2018-cı il tarixli Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur, 172 səh.
Səlimov İ.N.,Dəmirova Z.V.,Əlizadə B.Y. Fizika və riyaziyyat məsələlərinin həllində komputrin rolu ,dərs vəsaiti, Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunub 06.04.2016. pr.N.6, 225 səh.
Səlimov İ.N.,Əbilov Ç.İ.Elektron texnikasının materiallarının texnologiyası” kursu üzrə laboratoriya işlərinə aid metodik göstəriş Metodik vəsait Bakı, AzTU- topoqrafiyası, 1995, 32 səh.
Səlimov İ.N., Dəmirova Z.V., Yusibova T.F., Elektrotexnika və radiotexnika” fənni üzrə laboratoriya işlərinə dair metodik vəsait. Mingəçevir-2010, 70 səh.