Qərbi Kaspi Universiteti

Fakültələr

Tətbiqi və Təbiət Elmləri Məktəbi

Tətbiqi və Təbiət Elmləri Məktəbi Qərbi Kaspi Universitetinin qabaqcıl məktəblərindən biridir.

Məktəbin nəzdində Təbiət Elmləri kafedrası, Ekologiya və ətraf mühit  kürsüləri fəaliyyət göstərir.

Məktəb fizika, tətbiqi riyaziyyat, biologiya, kimya və fizika sahələrində yüksək səviyyəli mütəxəssislər hazırlayır. Məktəb  ən son laboratoriya avadanlığından istifadə edərək fiziki, fizikokimyəvi profillərinin müvafiq fənləri üzrə dərslər keçirir.  Məktəbin intellektual, maddi və texnoloji resurslarının hazırki vəziyyəti, tətqiqatların aparılması və elmi inkişafına imkan yaradır.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan Fizika, Kimya, Biologiya, Genetika və  Geomatika laboratoriyaları yaradılıb.

Fizika və elektronika laboratoriyası tələbələrə fundamental elmi hesablamaları aparmaq, elektronikanın əsasları və fizika qanunları barədə təsəvvürlərini genişləndirmək istiqamətində bacarıqlarını təkmilləəşdirmək imkanı yaradır. Laboratoriyada aparılan işin əsas məqsədi müvafiq cihaz və avadanlıqların vasitəsi ilə aparılan real təcrübələr çərçivəsində əldə edilən fiziki biliklərin əhəmiyyətini anlamaqda yardımçı olmaq, həmçinin tələbəni fizika sahəsində araşdırmaların aparılması üçün zəruri olan metod və vasitələrlə bilavasitə tanış etməkdir. Qərbi Kaspi Universitetinin hər bir tələbəsi laboratoriyada əldə etdikləri biliklər sayəsində təcrübə ilə bağlı məlumatları qeydə alıb onlardan istifadə və tətbiq etməyi öyrənəcək. Laboratoriyalarımız dünya üzrə bir çox universitetlərin elmi-tədqiqat laboratoriyaları üçün avadanlıqlar istehsal edən, eyni zamanda orta məktəb və universitetlər üçün elm və mühəndislik sahəsində yüksək keyfiyyətli təlim-tədris sistemlərinin istehsalçısı olaraq tanınan Almaniya və Türkiyə şirkətlərindən alınmış müasir avadanlıqlarla təchiz edilmişdir.

 

Universitetimizdə yaradılmış unikal mərkəzlərdən biri Geomatika Mərkəzidir. Mərkəzin yaradılmasında məqsəd coğrafi məlumatların toplanması, işlənməsi və idarə olunması üçün tələb olunan proqram təminatının və texniki xidmətlərin göstərilməsindən ibarətdir. Dünyada belə mərkəzlərin yaradılması tarixi XX əsrin sonlarına təsadüf edir və coğrafi məlumatlara təlabatın artması ilə bağlıdır. Coğrafi məlumatlara artan təlabatın ödənilməsi yalnız ənənəvi çöl-tədqiqat işlərinin yeni texnoloji imkanlara inteqrasiya etdirməklə mümkün idi. Geomatika mərkəzləri bu cür inteqrasiyanı təmin edir, coğrafi informasiya sistemləri, məsafədən aerokosmik tədqiqatlar, geodeziya və kartoqrafiya, fotoqrammetriya, ekologiya, ətraf mühit və onun mühafizəsi və s. sahələrdə elmi-tədqiqat işləri aparılmasında əvəzsiz rol oynayır. Qərbi Kaspi Universitetində yaradılmış mərkəzin böyük imkanları var. Mərkəzdə obyekt və hadisələrin rəqəmsal xəritələrinin tərtibi və yeniləndirilməsi, GİS əsasında su, meşə, torpaq, daşınmaz əmlak və s. haqqında məlumat bazasının və idarəetmə sisteminin yaradılması, topoqrafik planalma işlərinin aparılması, sürüşmə zonalarının modelləşdirilməsi və sürüşmə dinamikasının monitorinqinin aparılması, müxtəlif spektral diapazonda çəkilmiş peyk şəkilləri üzərində geniş miqyaslı analizlərin aparılması və s. mümkündür.

Biologiya üzrə bakalavr dərəcəsi yer üzündə mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrədən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində sitologiya (hüceyrə haqqında nəzəriyyə), molekulyar biologiya, insan haqqında nəzəriyyə, ekologiya, biosfer haqqında nəzəriyyə, təkamül nəzəriyyəsi, orqanizmin individual inkişafı kimi sahələr öyrənilir. Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları ilə təmin edir.

Həmçinin Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.

Biliklərin təkmilləşdirilməsi üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmiz Erasmus MundusMövlanə və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

Bizimlə Əlaqə: 

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:AZ1072

Telefon:+994 12 565 39 74       

@: natural.applied.sciences@wcu.edu.az 

 

Kafedralar

 

Akademik heyət

 

Bakalavr səviyyəsi üzrə

 

Magistratura səviyyəsi üzrə

 

Doktorantura səviyyəsi üzrə

 

x