Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Əməkdaşlarımız sosial transformasiya üçün iqlim dəyişmələri üzrə təhsil vebinarlarında iştirak ediblər

Əməkdaşlarımız sosial transformasiya üçün iqlim dəyişmələri üzrə təhsil vebinarlarında iştirak ediblər

Qərbi Kaspi Universitetinin əməkdaşları UNESCO-UNFCCC tərəfindən təşkil olunan sosial transformasiya üçün iqlim dəyişmələri üzrə təhsil vebinarlarında iştirak ediblər. 

Vebinarda iqlim dəyişmələri kimi real təhlükə ilə üz-üzə qalan dünyada bilik, bacarıq, dəyərlər mübadiləsinin artan əhəmiyyəti, bu kontekstdə təhsil qarşısında dayanan çağırışlar nəzərdən keçirilib. 

Çıxışlarda "Nə üçün sosial transformasiyalar üçün iqlim dəyişikliyi təhsili vacibdir?", "İqlim dəyişikliyi haqqında biliklər  necə hərəkətə çevrilə bilər?, "Yaşıl iqtisadiyyatlar üçün təhsil", "COP27-dən sonrakı iqlim dəyişmələri  təhsili: Biz buradan hara gedirik? "Planetimiz üçün öyrənmək və hərəkət etmək vaxtıdır!"" mövzuları əhatə olunub.