Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İspan professorların master-klassı keçirilib

İspan professorların master-klassı keçirilib

Qərbi Kaspi Universitetində İspaniyanın Kastilyo Dizayn Universitetinin İnteryer Dizayn kafedrasının professoru Mirenchu Sardina və komputer mediası üzrə professor Inmaculada Alegrenin master-klassı keçirilib.

Qeyd edək ki, hazırda Qərbi Kaspi Universitetində Dizayn Həftəsi davam edir.

22-25 noyabr tarixlərini əhatə etən Həftə çərçivəsində Avropanın Dizayn sahəsində ən qabaqcıl ali təhsil ocaqlarından biri – İspaniyanın Kastilyo Dizayn Universitetinin professorlarının mühazirə, seminar və master-klassları təşkil edilir.