Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

KOMANDAMIZ FİNALDA!

KOMANDAMIZ FİNALDA!

Qərbi Kaspi Universitetinin komandası "Product owner marafonu"nda ("Məhsul sahibi marafonu") finala vəsiqə qazanıb. “PAŞA Bank” və startapların Azərbaycanda böyüməsinə və beynəlxalq bazara çıxmasına kömək edən intensiv akselerasiya mərkəzi olan SUP VC-nin təşkilatçılığı ilə 4 həftə boyunca davam edən marafon məhsul yarışı formatında keçirilib. İştirakçılar məhsul sahibi adını qazanmaq üçün yarışıblar.
7 universitetdən 14 komandanın qatıldığı yarışda iştirakçılar startap ideyası üzərində işləyib və Qərbi Kaspi Universitetinin komandası final mərhələsinə adlayıb.