Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Pakistan səfiri ilə görüş keçirilib

Qərbi Kaspi Universitetində Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüş keçirilib.

Görüşdə Vətən Müharibəsi dövründə Pakistanın Azərbaycanın haqq işinə verdiyi dəstək xüsusilə qeyd edilib, rəsmi İslamabadın işğal faktına görə Ermənistanla heç bir diplomatik əlaqələr qurmadığı vurğulanıb.

Səfir Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı zəfərlə tarixi ədaləti bərpa etdiyini, BMT-nin qətnamələrini öz gücü hesabına həyata keçirdiyini bildirib.

B.Haye Pakistan-Azərbaycan əlaqələrinin təhsil sahəsində də inkişafı üçün potensial olduğunu qeyd edib, o cümlədən Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqələrinin nəzərdən keçiridildiyini diqqətə çatdırıb.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb, onlara təhsillərində uğurlar arzu edib.

 

x