Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qədim insanlar ov alətlərini necə hazırlayırdı? - Eksperimental arxeologiya dərsindən

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbində Arxeometriyanın əsasları fənni daxilində eksperimental arxeologiya dərsi keçirilib.

Eksperimental arxeologiya qədim dövr texnologiyalarını tətbiq edərək alət və ya əşyaların hazırlanması, sonrakı mərhələdə isə həmin alətlərin test edilərək ibtidai insanların həyat tərzinin öyrənilməsidir.

Bu dəfəki eksperimental arxeologiya dərsimiz litik texnologiyalar üzərində oldu. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya Institutunun elmi işçisi Əjdər Babazadə Paleolit dövrü insanlarının daşdan əmək və ov alətləri hazırlanması, həmin alətlərin tətbiqi qaydaları haqqında məlumatlar verdi. Həmçinin, alətlərin hazırlanması üçün istifadə edilən xammal nümunələri göstərildi. Daha sonra tələbələrimiz daş alətin hazırlanması, kəsici daş alətlə maral buynuzunun kəsilməsi, daş qaşovla dərinin emalı işlərini praktik olaraq həyata keçirdilər. 

Dərsdən hazırlanmış videoreportaj:

https://www.youtube.com/watch?v=adqaGLEERk4