Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti ABŞ AASHE Stars Reytinqində “Gold Stars”a layiq görülüb

Qərbi Kaspi Universiteti ABŞ AASHE Stars Reytinqində “Gold Stars”a layiq görülüb

Mərkəzi ofisi Amerka Birləşmiş Statların Filadelfiya şəhərində yerləşən AASHE Stars Reytinq təşkilatı 2016-cı ildən etibarən universitetlərin reytinq qiymətləndirməsini aparır. Qiymətləndirmə kateqoriyaları içərisində təhsil, elmi tədqiqat, dayanıqlılıq, icma və tələbələrlə iş, nəqliyyat, enerji və s. ən vacibləri hesab edilir.

Builki reytinqə 1100 universitet daxildir. Qiymətləndirmədə 5 universitet – “Platinum”,  91 universitet  - “Gold”,  112 universitet  - “Silver”, 29 universitet – “Bronze”  kateqoriyasında yer alıb.

Əsasən ABŞ, Kanada və Avstraliya universitetlərinin iştirak etdiyi reytinqdə Azərbaycandan yalnız Qərbi Kaspi Universiteti “Gold Stars”la qiymətləndirilib. Universitetimiz təhsil kateqoriyasındakı qiymətləndirmədə müəyyən edilmiş mümkün 40 baldan 33.52, elmi tədqiqat üzrə mümkün 18 baldan 16,33, ictimaiyyətlə əlaqələr üzrə mümkün 20 baldan 18,48 bala layiq görülüb.