Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Sukanal" Elmi-tədqiqat Layihə İnstitutu ilə memorandum imzalanıb

"Sukanal" Elmi-tədqiqat Layihə İnstitutu ilə memorandum imzalanıb

Qərbi Kaspi Universiteti və "Sukanal" Elmi-tədqiqat Layihə İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb
 
Görüşdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Vüqar Mirzəyev çıxışlarında tədris və istehsalatın birgə fəaliyyətinin zəruriliyini, tələbələrin təcrübə toplamasında bunun əhəmiyyətini qeyd ediblər.
Tərəflər bu məqsədlə Universitet və İnstitut arasında birgə seminarların, təlimlərin və kursların təşkili, milli və beynəlxalq konfransların, dəyirmi masaların, sərgilərin təşkili, fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən layihələrə tərəfdaş kimi qatılmaq, birgə elmi-tədqiqat işlərinin layihələndirilməsi və icrası, mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təcrübə mübadilələrinin təşkilini vacib hesab etdiklərini bildiriblər.
 
Müzakirə olunan məsələlərin rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sonda İnstitut rəhbərliyi tərəfindən Universitet tələbələrini maraqlandıran suallar cavablandırılıb.