Qərbi Kaspi Universitetində elmi seminar baş tutub
Qərbi Kaspi Universitetində Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin Təbiət elmləri kafedrası Tələbə icması ilə birlikdə bioloq tələbələrin “Kimya və tibb üzrə Nobel mükafatçıları” adlı elmi seminarını təşkil edib.
Tələbələr öz məruzələrində Nobel mükafatı almış bir sıra alimlərin pensilin, tetanus və difteriyaya qarşı antibiotiklər, insulin hormonu, DNT-nin ikiqat zəncir quruluşu, transpozonlar, RNTİ və DNT zəncirinin bərpa mexanizminin kəşfi ilə bağlı apardıqları elmi-tədqiqat işlərinin əsas mahiyyətini dinləyicilərin diqqətinə çatdırıblar.