Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində Zəfər Günü münasibətilə tədbir keçirilib

Qərbi Kaspi Universitetində Zəfər Günü münasibətilə tədbir keçirilib

Qərbi Kaspi Universitetində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir baş tutub. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş bu tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Tədbirdə universitetin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov çıxış edərək Zəfər Gününün xalqımız üçün əhəmiyyətindən danışıb. Sədr bu qələbənin yalnız hərbi sahədə deyil, həm də xalqın mənəvi gücünün göstəricisi olduğunu vurğulayıb. O, gənclərin milli ruhda yetişdirilməsinin vacibliyini qeyd edərək bu günün gələcək nəsillərə ötürüləcək önəmli bir tarixi hadisə olduğunu bildirib.

 

Tədbirdə eyni zamanda universitetin Elmi İşlər üzrə prorektoru Səltənət Ağayeva, Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasının direktoru Nigar Babayeva və universitetin informasiya təhlükəsizliyi ixtisasının tələbəsi, Vətən müharibəsi iştirakçısı Şöhrət Ağazadə də çıxış edərək Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşüblər. 

 

Tədbirin davamında universitetin tələbələri tərəfindən hazırlanan Minanaxtaran və Kəşfiyyat Maşını layihəsi ilə bağlı videoçarx nümayiş olunub. Videoda layihənin tələbələrin mühəndislik bacarıqlarını nümayiş etdirərək ölkəmizin müdafiə sənayesinə qatdığı dəstək xüsusilə vurğulanıb. Qərbi Kaspi Universitetinin xor və rəqs kollektivinin çıxışı da tədbirdə maraqla qarşılanıb.