Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin iş təcrübəsi olmayan sonuncu kurs tələbələri və məzunları üçün fürsət

Qərbi Kaspi Universitetinin iş təcrübəsi olmayan sonuncu kurs tələbələri və məzunları üçün fürsət

Qərbi Kaspi Universitetinin  iş təcrübəsi olmayan sonuncu kurs tələbələri və məzunları üçün əla fürsət!  

“Azərbaycan Beynəlxalq Bankı – Regionlarda Rəqəmsal maarifləndirmə” təcrübə proqramına start verir!  

Bank yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə proqramında iştirak etməyə dəvət edir.  

Namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar:  

∙             Çevik  

∙             Təşəbbüskar  

∙             Həvəsli  

∙             İşgüzar  

∙             Gülərüz  

∙             Məsuliyyətli  

∙             Ünsiyyətcil  

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi , əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.  

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini tmtim@wcu.edu.az elektron ünvanına göndərə bilərlər.  

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Region adı)” şəklində göstərilməsi xahiş edilir.  

Təcrübə proqramına qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.