Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin tələbələri üçün Ruminiyada təqaüdlə təcrübə imkanı - AÇIQ MÜSABİQƏ

Qərbi Kaspi Universitetinin tələbələri üçün Ruminiyada təqaüdlə təcrübə imkanı - AÇIQ MÜSABİQƏ

Braşov Transilvaniya Universiteti ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr və ya magistratura pilləsinin Biznes sahəsi üzrə təhsil alan bir tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Braşov Transilvaniya Universitetində təcrübə keçəcək. Təcrübə müddəti 3 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə 800 avro dəyərində təqaüd veriləcək.

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında açıq müsabiqə elan edir. Müsabiqədə hal-hazırda Biznes sahəsi üzrə təhsil alan bakalavr pilləsinin II və III kurs tələbələri və magistratura pilləsinin II kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

Qeyd etmək istərdik ki, tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur. Bu imkandan yararlanmaq istəyən tələbələr iyunun 21-nə qədər CV və Motivasiya məktublarını ingilis dilində administration_iro@wcu.edu.az ünvanına göndərə bilərlər.

Əlavə sualınız yarandığı təqdirdə administration_iro@wcu.edu.az email ünvanına müraciət edə bilərsiniz.