Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbəsi COP29 konfransında iştirak edib

Qərbi Kaspi Universitetinin tələbəsi COP29 konfransında iştirak edib

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin əməkdaşı, həmçinin Aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisası üzrə magistratura təhsili alan tələbəmiz Tünzalə Məcidova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib.   

 

Konfransın sessiyasının əsas məzmunu Kəlbəcər rayonunda istifadə olunacaq alternativ enerji mənbələrindən biri olan külək elektrik stansiyasının inşasının planlanmasına istiqamətlənib. Həmin sessiyada "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş layihələrdən bəhs olunub. Qərbi Kaspi Universitetinin tələbəsi Tünzalə Məcidova rəhbərlik etdiyi “Bir vərəq-bir yarpaq” layihəsinin uğurla başa çatmasını və nəticələrini sessiya iştirakçılarına təqdim edib.