Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib.

QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib.

QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib.

Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. QS konsaltinq komandasının nümayəndələri “Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq tərəfdaşlıq şəbəkəsi” “Məşğulluq və işəgötürənlər arasında nüfuz”, “Davamlılıq” və digər mövzularda təqdimatla çıxıb ediblər. Azərbaycan ali təhsil müəssisələrinin QS reytinqlərində mövcud vəziyyətinə dair müqayisəli təhlil nəticələri təqdim olunub.

Görüşdə Qərbi Kaspi Universitetinin əməkdaşları Ülkər İmanzadə və Səba Mustafazadə iştirak ediblər.