Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Regionun ən böyük texnologiya festivalına sən də qoşul!

Regionun ən böyük texnologiya festivalına sən də qoşul!

Qərbi Kaspi Universiteti 26-29 may, 2022-ci tarixlərində Bakıda keçiriləcək olan TechnoFest 2022 tədbirində iştirak edəcək.

TechnoFest Türkiyə Cümhuriyyətində 2018-ci ildən ardıcıl olaraq hər il keçirilir.

Bu il ilk dəfə olaraq bu tədbir Azərbaycanda da təşkil olunur.

Festival çərçivəsində tələbələrin qatılacağı müsabiqə təşkil edilməsi nəzərdə tutulub.

Müsabiqə qaliblərini yüksək məbləğdə mükafatlar gözləyir.

Müsabiqə kateqoriyaları:

1. Baku Skills (3D çap)

2. Robototexnika

3. Sosial yönümlü texnologiyalar

4. Pilotsuz uçuş aparatları

5. Model peyk “CanSat”

6. “Yaşıl” texnologiyalar

7. Planer

8. Aqrar texnologiyalar

9. Smart Qarabağ Hakatonu

10. Həvəskar peyk modeləşməsi

11. Cyber Cup

 

Mükafatlar (hər kateqoriya üzrə ayrılıqda)

I Yer – 6000 AZN

II Yer – 4000 AZN

III Yer – 2000 AZN

Müsabiqədə iştirak üçün lazım olacaq avadanlıq və mentor dəstəyi layihələrin uyğunluğuna görə təmin olunacaq.

Müsabiqədə iştirak üçün mühəndislik bacarığı vacib deyil, əsas olan ideya, onun layihələndirilməsi və təqdim olunmasıdır.

Yox əgər ideyanız yoxdur və mühəndis olaraq qatılmaq istəyirsinizsə, bu halda da qeydiyyatdan keçin. Ümumilikdə bütün ideyalar Qərbi Kaspi Universitetinin TEXNOPARK komandası tərəfindən dəyərləndirildikdən sonra mühəndislər komandası formalaşdırılacaq.

Kim iştirak edə bilər?

  • Yuxarı sinif şagirdləri;
  • Tələbələr;
  • Aspirantlar və universitet məzunları;
  • Startaplar və sahibkarlar. 

 

Qeydiyyat 17 dekabr -17 fevral 2022 il tarixinədək davam edəcək.

Final yarışlar 26 - 29 may tarixlərində keçiriləcək.

Qeyd: Əlavə sual və məsləhətləşmə üçün universitetimizin Texnoparkı ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Əhməd Rəcəbli 3-cü paralel, Mühəndislik binası, I mərtəbə, 19-cu otaq

E-mail: kamran.imamaliyev@wu.edu.az

Mob: +994 55 722 21 24

Qeydiyyat linki: https://forms.gle/8ZjojLpnQTD8gXEr8

Tədbirin veb səhifəsi: https://technofest.az