Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Bərpa olunan enerji mənbələri - təmiz enerji" mövzusunda seminar keçirilib

Qərbi Kaspi Universitetində enerji üzrə ekspert Pərviz Qəribzadənin təqdimatında "Bərpa olunan enerji mənbələri - təmiz enerji" mövzusunda onlayn seminar keçirilib.
Seminarda bərpa olunan enerji mənbələrinin (BOEM) inkişaf tendensiyası, dünya ölkələrinin enerji tranformasiyası indeksi və yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrində BOEM-in rolu və həll yolları, BOEM üzrə qiymət dəyişikliyi və s istiqamətlər nəzərdən keçirilib.
Ekspert mövzu barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Seminar universitetin Youtube kanalında canlı yayımlanıb:
https://www.youtube.com/watch?v=1DjNgTxDV3s