Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Stolüstü tennis turnirinin QALİBLƏRİ MƏLUM OLDU

Stolüstü tennis turnirinin QALİBLƏRİ MƏLUM OLDU

Qərbi Kaspi Universitetində “Gənclər Günü”nə həsr olunmuş Stolüstü tennis üzrə universitetdaxili turnir keçirilib.
Turnirdə universitetin müəllimləri, maqistratura və bakalavr səviyyələrində təhsil alan tələbələr iştirak ediblər. Turnirin yekunlarına görə nəticələr belə olub:
I yer (qadınlar arasında) - Yüksək texnologiyalar və innovativ mühəndislik fakultetinin 2-ci kurs tələbəsi - Seyidxanım Rüstəmova
I yer (kişilər arasında) - Biznes və İqtisadiyyat Məktəbinin 1-ci kurs tələbəsi – Emil Həsənov
II yer ( qadınlar arasında) – universitetin imtahanların təşkili, ingilis dilinin tədbiqi və tədrisdə struktur islahat üzrə prorektor Kəklik Gözəlova
II yer (kişilər arasında) – Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənli
III yer (qadınlar arasında) – Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin 2-ci kurs tələbəsi İlhamə Quliyeva
III yer (kişilər arasında) - Biznes və İqtisadiyyat Məktəbinin 1-ci kurs tələbəsi – Səid Abdullayev
Turnirin qaliblərinin mükafatlandırılma mərasimi fevral ayının 2-də - “Gənclər günü”ndə keçiriləcək.