Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"BİR GÜNLÜK TƏLƏBƏ": Qərbi Kaspi Universiteti dəvət edir!

• Siz hələ də Universitet seçimində tərəddüd edirsiniz…?

• Gələcəkdə hansı sənətin sahibi olum deyə düşünürsünüz... ?

• Universitetində mühazirə və seminar məşğələlərində iştirak etmək istəyirsiniz?…

Əziz abituryentlər, sizi Qərbi Kaspi Universitetində bir günlük tələbə olmağa dəvət edirik!

Bir gün ərzində özünüzü tələbə kimi hiss edərək Universitet abu-havası ilə yaxından tanış olacaq, tədris olunan ixtisaslar haqqında geniş məlumatlar əldə edəcək, mühazirə və seminar məşğələlərində iştirak etmək şansı qazanacaqsınız.

Qeydiyyat:

1. Proqramla yaxından tanış olduqdan sonra qeydiyyat formasını doldurmaq lazımdır.

(Formanı doldurduqdan sonra siz dərs cədvəlinə daxil ola biləcəksiniz. Seçdiyiniz fənnin keçirələcəyi tarixdə (gün,saat) link vasitəsilə dərslərdə iştirak edə biləcəksiniz.

2. Proqramın başlanğıc tarıxı 3 may 2021-ci il.

Əlaqə nömrələri:

(+994 12) 492 74 18

(+994) 55 263 59 77

studentforaday@wcu.edu.az