Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Təhsilin transformasiyası” mövzusunda Beynəlxalq Foruma 2 gün qaldı - PROQRAM

Xəbər verdiyimiz kimi, “Times Higher Education” və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə 2021-ci ilin iyun ayının 14-də “Təhsilin transformasiyası” mövzusunda Qərbi Kaspi Universitetinin evsahibliyi etdiyi Beynəlxalq Forum keçiriləcək.

Forumda eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə fəaliyyətində universitetlərin rolu məsələlərinə toxunulacaq.

Pandemiya qlobal bərabərsizlikləri üzə çıxardı və təhsil nizamını pozdu, eyni zamanda təhsil sistemini daha yaxşı qurmaq, tədris və pedaqogika üçün yeni bir dövrü təsəvvür etmək üçün bir fürsət yaratdı.

Bu vacib forum zamanı universitetlərin keyfiyyətli təhsildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan Keyfiyyətli Təhsil məqsədinə nail olunmasında roluna toxunulacaq və aşağıdakı məqsədlər araşdırılacaq:

- Universitetlərin təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq öhdəliyi;

- İnklüziv təhsil modellərinin yaradılması;

- Ömürboyu öyrənmə vərdişlərini mənimsəmək;

- Qısamüddətli kurslar və sertifikatlar üçün yeni bir dövr;

- Gələcəkdə təhsil təcübə əsasındamı qurulacaq?

- Keyfiyyətli təhsil məqsədinə nail olmaqda tərəfdaşlığın rolu.

Forumun proqramını təqdim edirik:

 

x