Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Beynəlxalq Forumda iştirak ediblər

Tələbələrimiz Beynəlxalq Forumda iştirak ediblər

Bakıda 28-31 iyul tarixlərini əhatə edən və 23 ölkədən 300-dən çox gəncin iştirakı ilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022” keçirilib. Forumda tələbələrimiz də iştirak edib.
Forumun əsas məqsədi tələbə və məzunların şəbəkələşməsi və müxtəlif ölkələrdə azərbaycanlı tələbə və məzun icmalarının qurulması üçün bünövrə yaratmaqdır.
Forum çərçivəsində təşkil olunan sərgidə tələbələrimiz stendləri maraqla qarşılanıb.