Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Neft-Kimya Prosesləri İnstitunda təcrübi laboratoriya dərsləri keçiblər

Qərbi Kaspi Universitetinin Ekologiya ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitunda təcrübi laboratoriya dərsləri keçib.

Neftlə çirklənmiş suların təmizlənmə üsulları barədə “Ekologiya və ətraf mühit” kafedrasının müdiri k.ü.f.d., dos. T.Ə.Poladova tələbələrə məlumat verib. Tələbələr sintez olunmuş səthi-aktiv maddələrlə nazik neft təbəqəsinin yığılmasını laboratoriya təcrübələrində sınaqdan keçiriblər.

Həmçinin tələbələr AMEA NKPİ-nin nəzdində fəaliyyət göstərən akademik Yusif Məmmədəliyev muzeyini də ziyarət ediblər.