Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz üçün məlumat sessiyası təşkil olunub

Tələbələrimiz üçün məlumat sessiyası təşkil olunub

Qərbi Kaspi Universitetində xaricdə könüllülük və qeyri-formal təhsil imkanları (təlim kursları, gənclər üçün mübadilə proqramları) haqqında məlumat sessiyası təşkil olunub.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı və Qərbi Kaspi Universitetinin əməkdaşlığı çərçivəsində keçirilən məlumat Sessiyasında təşkilatın həmtəsisçisi Ramiz Əliyev Erasmus+ Gənclik və Avropa Həmrəylik proqramları, Azərbaycanlı gənclər üçün imkanlar və müraciət qaydaları haqqında məlumat verib və tələbələrin suallarını cavablandırıb.