Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz Xəzər Elmi-Tədqiqat Mərkəzində tədqiqatlar aparıb

Qərbi Kaspi Universitetinin Təbiət Elmləri Kafedrasının bir qrup müəllimi və biologiya və ekologiya ixtisasındakı tələbələr üçün universitetin Xəzər Elmi-Tədqiqat Mərkəzində “Dəyişən iqlim və antropogen faktorların təsiri nəticəsində Xəzərin mövcud vəziyyəti” mövzusunda elmi seminar təşkil olunub.

Mərkəzin direktoru b.ü.f.d. Elnarə Cəfərova həm iqli, həm də antropogen faktorların Xəzər dənizi canlılarına təsiri haqqında ətraflı məlumat verib. Su bioehtiyatları ixtisasının 4-cü kurs tələbəsi Lamiyə Yaraliyeva “Xəzər dənizinin ekoloji vəziyyəti və iqlim dəyişməsi” mövzusunda hazırladığı təqdimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra isə Xəzər dənizindən bentik canlılar toplanaraq tələbələrlə birlikdə Mərkəzin laboratoriyasında onların ilkin təyini aparılıb.

https://www.youtube.com/watch?v=GVSCoN7uPD4

https://www.youtube.com/watch?v=GVSCoN7uPD4

x