Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Auditoriyanın idarə edilməsi psixologiyası” mövzusunda təlim təşkil edilib

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai elmlər Məktəbində növbəti təlim təşkil edilib. Məktəbin müəllim və tələbələrinin iştirak etdiyi təlim “Auditoriyanın idarə edilməsi psixologiyası” mövzusuna həsr olunub.

Təlimdə müəllimlərə liderlik, idarəetmə, qiymətləndirmə və auditoriyada motivasiya, ali məktəbdə auditoriyanın effektiv idarə olunması və s. barədə məlumatlar verilib, praktik keyslər nəzərdən keçirilib.

Təlimin sonunda mövzu ilə əlaqədar müxtəlif suallara cavablar verilib, fikir mübadiləsi aparılıb.