Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Universitetdaxili Şahmat turniri sona çatıb

Universitetdaxili Şahmat turniri sona çatıb

Qərbi Kaspi Universitetində “Gənclər Günü”nə həsr olunmuş universitetdaxili Şahmat turniri keçirilib.

Turnirin yekunlarına əsasən Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin 2-ci kurs tələbəsi Lalə Mirzəyeva birinci, Siyasi və İctimai Elmlər Məktəbinin 1-ci kurs maqistrantı Ayşən Quliyeva ikinci, Dizayn və Memarlıq Məktəbinin 2-ci kurs tələbəsi Ruslan Quliyev üçüncü yerə layiq görülüblər.

Turnir qaliblərinin mükafatlandırılma mərasimi fevral ayının 2-də - “Gənclər günü”ndə keçiriləcək.