Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli fasiəsidir” mövzusunda onlayn seminar keçirilib

Qərbi Kaspi Universitetinin  Siyasi və İctimai elmlər fakültəsinin  təşkil etdiyi “Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli fasiəsidir” adlı onlayn seminarda Siyasi və İctimai elmlər fakültəsinin fakültəsinin müəllim və tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Tural Vəlizadə Xocalı soyqırımı, ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat verib, XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Daha sonra Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti "Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri" kitabının müəllifi, tarix elmləri namizədi Boran Əziz çıxışında Xocalı faciəsinin ağır nəticələri barədə danışıb.