Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Yunan professorun tələbələrimiz üçün mühaziərləri təşkil olunub

Yunan professorun tələbələrimiz üçün mühaziərləri təşkil olunub

“Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi çərçivəsində Yunanıstanın Panteion Sosial və Siyasi Elmlər Universitetinin Kommunikasiya, Media və Mədəniyyət kafedrasının professoru Nikos Leandrosun tələbələrimiz üçün mühazirələri təşkil olunub.
Qeyd edək ki, professor "İnkişafdan davamlı inkişafa. Korporativ sosial məsuliyyət və rəqabətqabiliyyətlilik üçün yeni çərçivə", “Beynəlxalq münasibətlərdə yumşaq güc və mədəni diplomatiya”, "Yaradıcı sənayelərdə mərkəzlər, klasterlər və şəbəkələşmə", "Qlobal iqtisadi problemlər və AB Bərpa və Dayanıqlıq Planı" mövzularında mühazirələrlə çıxış edib, təlimlər keçib, tələbələri maraqlandıran sualları cavablandırıb.