Qərbi Kaspi Universiteti

“Beynəlxalq Yer Günü” ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.

Aksiyada  universitetin müəllimləri, yeri və xarici tələbələri iştirak ediblər. Aksiya çərçivəsində iməclik keçirilib, təmizlik işləri aparılıb, ağaclar əkilib.