Qərbi Kaspi Universiteti

Tələbələrimiz üçün daha bir təcrübə proqramı imkanı

Azərbaycan Beynəlxalq Bankı Qərbi Kaspi Universitetinin sonuncu kurs tələbələri və məzunları üçün təcrübə proqramı təklif edir.

Azərbaycan Beynəlxalq Bankı yaşı 18 -dən 25-ə qədər (Ali təhsil alan tələbələr və ali təhsilini bitirmiş məzunlar) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə proqramında iştirak etməyə dəvət edir.

Namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar:

∙ Çevik

∙ Təşəbbüskar

∙ Həvəsli

∙ İşgüzar

∙ Gülərüz

∙ Məsuliyyətli

∙ Ünsiyyətcil

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi , əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini tmtim@wcu.edu.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı şəklində göstərilməsi xahiş edilir.

Təcrübə proqramına qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Son müraciət tarixi 10 Sentyabr, 2021.