Qərbi Kaspi Universiteti

Daha bir tələbəmiz xaricdə təhsil alacaq

Qərbi Kaspi Universiteti tələbələrinin xaricdə təhsil proqramlarında iştirakı üçün səylərini davam etdirir. Universitetin daha bir tələbəsi növbəti tədris ilində Pekin Politexnik Kollecində təhsil alacaq. 

Filologiya və Tərcümə Məktəbinin tələbəsi Eleonora Məmmədli onlayn çin dili proqramının iştirakçısı kimi 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək təhsilini bu təhsil ocağında davam etdirəcək.