Qərbi Kaspi Universiteti

İSPANİYADA TƏHSİL ALACAQ TƏLƏBƏLƏRİMİZ MÜƏYYƏNLƏŞDİ

2021-ci ilin mart ayında Qərbi Kaspi Universiteti tərəfindən növbəti semesterdə Erasmus+ təqaüdü ilə İspaniyanın Kastilyo Dizayn Məktəbində təhsil almaq üçün elan olunan açıq müsabiqə başa çatıb. 

Açıq şəkildə keçirilən seçim mərhələsində qaliblərin müəyyən edilməsində seçim komitəsi tərəfindən 3 meyar - tələbələrin akademik göstəriciləri, ingilis dili bilikləri və sosial fəallığı əsas götürülüb.

Müsabiqədə dizayn ixtisası üzrə təhsil alan tələbələrimiz Sevinc Süleymanova və Aminə Hüseynova qalib seçilib. Hər iki tələbəmiz 2021/22-ci akademik ilinin qış semesterini Erasmus+ proqramı çərçivəsində İspaniyanın Kastilyo Dizayn Məktəbində keçirəcək.

Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbələrə yaşayış xərclərini qarşılamaq üçün 840 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də, Erasmus+ proqram tərəfindən qarşılanacaq.

Qərbi Kaspi Universiteti tələbələrinin xaricdə təhsil imkanlarını genişləndirmək üçün səylərini davam etdirir.

Növbəti müsabiqələr barəsində məlumat almaq üçün saytımızı və səhifəmizi izləyin.

Sualınız olarsa, administration_iro@wcu.edu.az email ünvanına yaza bilərsiniz.